14:47 - 21.04.2025
21 aprel, Fineko/abc.az. ABŞ-nin “Ford” avtokonserni Pekinlə Vaşinqton arasında gedən ticarət müharibəsi ilə əlaqədar Çinə avtomobil tədarükünü dayandırıb.
ABC.AZ xəbər verir ki, bu qərar Çinin ABŞ mallarına tətbiq etdiyi idxal rüsumlarının çox yüksək olması ilə əlaqədardır.
Məlumata görə, tədarükü dayandırılan modellər bunlardır: “F-150 Raptor”, “Mustang”, “Bronco”, “Lincoln Navigator”
“Ford” şirkəti hal-hazırda bir sıra avtomobillər üçün 150% təşkil edən gömrük rüsumlarını ödəməyi planlaşdırmadığını diqqətə çatdırıb.
12 May 2025
12 May 2025
12 May 2025