16:20 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanın xaricə satdığı azot gübrəsinin həcmi artıb. ABC.AZ xəbər verir ki, həmçinin azot gübrəsinin əsas alıcıları da dəyişib.
Belə ki, Ukrayna 2025-ci ilin ilk iki ayında Azərbaycanın azot gübrələrinin əsas alıcısı olub. Bu dövrdə Ukraynaya 113 810 ton gübrə ixrac olunub və bunun müqabilində 33.7 milyon dollar gəlir əldə edilib. Halbuki, 2024-cü ilin yanvar-fevral aylarında Ukraynaya cəmi 42 145 ton gübrə ixrac olunmuşdu (8.1 milyon dollar). Bu, həm həcm, həm də gəlir baxımından Ukraynaya ixracın təxminən üç dəfə artdığını göstərir.
Əksinə, Türkiyəyə ixrac kəskin şəkildə azalıb. 2024-cü ilin ilk iki ayında 41 917 ton gübrə göndərilən Türkiyəyə 2025-ci ildə cəmi 3 015 ton ixrac edilib. Bu da 92.8% azalma deməkdir. Müvafiq olaraq, ixracdan gəlir də 7.6 milyon dollardan 814 min dollara düşüb.
Rumıniyaya ixrac da azalsa da, hələ də əhəmiyyətli paya malikdir. 2024-cü ildə 28,499 ton gübrə ixrac edilən Rumıniyaya bu il 5,072 ton gübrə göndərilib. Albaniyaya isə 2025-ci ilin ilk iki ayında ümumiyyətlə ixrac qeydə alınmayıb. Halbuki, ötən ilin eyni dövründə bu ölkəyə 2 998 ton gübrə satılmışdı.
2024-cü ildə kiçik miqdarda da olsa Gürcüstana ixrac (501 ton) olduğu halda, bu il həmin ölkə ixrac statistikalarında yer almayıb.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
20 May 2025
20 May 2025