Çin ABŞ-dan qaz və neft məhsullarının idxalını kəskin azaldıb

16:21 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Çin mart ayında ABŞ-dan kömür, qaz və neft məhsullarının idxalını azaldıb. İstisna neftdir.

ABC.AZ xəbər verir ki, qaz idxalı 44% azalaraq 720 milyon dollara, mayeləşdirilmiş propan 36% azalaraq 658 milyon dollara, kömür 3,1 dəfə azalaraq 30,8 milyon dollara düşüb. Belə minimum 2020-ci ildə qeydə alınmışdı.

ABŞ-dan neft məhsullarının idxalı mart ayında 3,2 dəfə azalaraq 11,6 milyon dollar təşkil edib.

Trendin istisnası neft olub, belə ki onun idxalı 22% artaraq 326,2 milyon dollar təşkil edib.

Bundan əvvəl, mart ayında Çin ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışını dayandırıb və Avstraliya, İndoneziya və Bruneydən idxalını artırıb.