Iğdır-Naxçıvan qaz kəməri nə vaxt işə düşəcək?

16:39 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Türkiyənin enerji və təbii sərvətlər naziri Alpraslan Bayraktar Rusiyanın paytaxtı Moskvada gündəmdə olan məsələlərlə bağlı Anadolu agentliyinin müxbirinin suallarını cavablandırıb.

ABC.AZ xəbər verir ki, o qeyd edib ki, Türkiyənin enerji sahəsində Rusiya ilə əməkdaşlığı uzun illərdir ki, davam edir.

Nazir əlavə edib ki, təbii qaz və neftlə yanaşı, Türkiyənin ən böyük xarici sərmayəsi olan Akkuyu Atom Elektrik Stansiyasının təmsil etdiyi nüvə enerjisi sahəsində əməkdaşlıq da çox vacibdir.

Nazir Moskvaya səfəri zamanı Rusiya baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Sergey Tsivilevlə görüşdüyünü bildirib.

O, Türkiyənin Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısı, Rusiyanın isə bu sahədə mühüm təchizatçı ölkə olduğunu bildirib.