Ukraynanın “Naftoqaz” şirkəti 2025-ci ilin əvvəlindən 1,5 milyard m3 təbii qaz alıb

16:53 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Şirkət hökumət və beynəlxalq maliyyə institutları ilə daha iki milyard kubmetr qazın alınması üçün maliyyənin cəlb edilməsi haqqında danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, Naftoqaz 2025/2026 istilik mövsümünə hazırlıq çərçivəsində 2025-ci ilin əvvəlindən 1,5 milyard m3 təbii qaz alıb.

2025-ci ilin əvvəlindən etibarən 1,5 milyard m3 qaz tədarükü haqqında müqavilə bağlanılıb: 800 milyon m3 təcili olaraq ilin əvvəlində idxal edilib, 400 milyon m3 isə növbəti qışa hazırlıq çərçivəsində Ukraynaya daxil olacaq; daha 300 milyon m3 LNG Naftogaz ORLEN-dən satın alıb.

5 aprel 2025-ci ildə şirkət 2025-ci ilin əvvəlindən 800 milyon m3 qaz idxal etdiyini bildirdi.