17:40 - 21.04.2025
21 aprel, Fineko/abc.az. Azərbaycanda kapitalının həcmi ən çox olan bankların adları məlum olub.
ABC.AZ bankların rüblük hesabatına istinadən xəbər verir ki, renkinqə görə ən böyük balans kapitalına təqribən 1,8 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın balans kapitalı təqribən 967,9 milyon manat göstərici ilə ikinci pillədə yer alır.
852,8 milyan manat göstəici ilə "Paşa Bank" 3-cü,479,1 milyon manat göstərici ilə "XalqBank" 4-cü, 366,3 milyon manat göstərici ilə "Bank BTB" 5-ci pillədə qərarlaşıb.
11 bankın balans kapitalı 100 milyon manatdan yüksək, 6 bankın balans kapitalı isə 100 milyon manatdan aşağıdır.
21 May 2025
21 May 2025