11:19 - 22.04.2025
22 aprel, Fineko/abc.az. Mərkəzi Bankın tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb. (APA)