12:48 - 22.04.2025
22 aprel, Fineko/abc.az. Ermənistanın əsas yollarından biri olan Aştarak şossesi, ictimai nəqliyyatda gediş haqqının artmasına qəzəblənən Proşyan və Kasax kəndlərinin sakinləri tərəfindən zəbt olunub.
ABC.AZ xəbər verir ki, Gürcüstan sərhədinə gedən magistral yolun da bloklandığı bildirilir.
Məlumdur ki, etirazçıların hökumət nümayəndələri ilə görüşü zamanı razılığa gəlinməyib.
Polis vəziyyətə nəzarət edir, lakin hələ aktiv hərəkət etmir.
Xatırladaq ki, Ermənistan parlamenti martın 26-da ikinci və son oxunuşda ölkənin Aİ-yə daxil olmaq fikri haqqında qanun layihəsini qəbul edib. Bununla belə, İttifaq özü İrəvana üzvlük təklif etməyib.