ABŞ Cənub-Şərqi Asiyanın günəş panellərinə 3521%-ə qədər rüsum tətbiq edib

16:15 - 22.04.2025


22 aprel, Fineko/abc.az. ABŞ Cənub-Şərqi Asiyadan tədarük olunan günəş panellərinə 3521%-ə qədər rüsum tətbiq edib.

ABC.AZ xəbər verir ki, Amerika istehsalçılarının ticarət araşdırmaları Tayland, Kamboca, Vyetnam və Malayziyadan gələn günəş panellərinin ABŞ bazarına dempinq qiymətləri ilə gəldiyini göstərib.

Asiya istehsalçılarının yerli dövlət subsidiyalarından faydalandıqları, bundan sonra hazır məhsulları Amerika şirkətlərinə istehsal dəyərindən aşağı qiymətlərlə satdıqları məlum olub.

Rüsumlar ABŞ-da oxşar avadanlıq istehsalçılarına dəstək məqsədi daşıyır. Lakin bu tədbir uzun müddət ucuz idxal məhsullarına güvənən bərpa olunan enerji sistemlərinin yerli tərtibatçılara zərbə vuracaq.

Yeni rüsumlar Donald Trampın artıq tətbiq etdiyi rüsumlara əlavə olaraq tətbiq olunacaq.