Azərbaycan Çindən 40 milyon dollar küləklə işləyən elektrogenerator alıb

16:48 - 22.04.2025


22 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan külək enerjisi ilə işləyən 33 ədəd elektrogenerator qurğusu idxal edib.

ABC.AZ xəbər verir ki, bu qurğuların ümumi dəyəri təxminən 39.9 milyon ABŞ dolları təşkil edib.

Cari ildə bu generatorlar öncəki ildəki kimi yalnız Çindən gətirilib.

Keçən ilin eyni dövründə Çindən cəmi 2 ədəd qurğu (cəmi 1.94 min dollar dəyərində) idxal olunmuşdu.