16:55 - 22.04.2025
22 aprel, Fineko/abc.az. Almaniya hökuməti iqtisadiyyatın 2025-ci il üçün proqnozunu pisləşdirib və indi durğunluq gözləyir, halbuki əvvəllər 0,3% artım nəzərdə tutulurdu.
ABC.AZ xəbər verir ki, yeni qiymətləndirmələrə görə, 2026-cı ildə ÜDM təxminən 1% artacaq ki, bu da yanvar ayının 1,1% proqnozundan bir qədər aşağıdır.
Reuters qeyd edir ki, İqtisadiyyat Nazirliyi cümə axşamı günü bu mövzuda mətbuat konfransının planlaşdırıldığını əsas gətirərək məlumatları şərh etməkdən imtina edib.
Aprel ayının əvvəlində Almaniyanın aparıcı tədqiqat institutları cari ildə ölkənin ÜDM artım proqnozunu əvvəllər gözlənilən 0,1%-dən 0,8%-ə qədər pisləşdirdi. Eyni zamanda, mütəxəssislər hələ də 2026-cı ildə iqtisadiyyatın 1,3% artacağını gözləyirlər.
19 May 2025
19 May 2025
19 May 2025