Ən çox şikayət edilən internet provayderləri - Siyahı

15:40 - 23.04.2025


23 aprel, Fineko/abc.az. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

ABC.AZ İKTA-ya istinadən xəbər verir ki, hsabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.

Siyahıda şikayət indeksi ən yüksək olan provayderlər “Uplink” MMC (8.56), “GSP” MMC ( 6.10), “Selnet” MMC (5.31), “Eurosel” MMC (2.89), “Fibernet” MMC (2.69) olub.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Uplink” MMC (30 gün), “Konnekt” QSC (13 gün), “Aztelekom” MMC (12 gün), “Uninet” MMC (11), “Fibernet” (11 gün) siyahıda yer alır.