“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılıb

16:46 - 23.04.2025


23 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 906 061 960 manatdan 1 996 077 950 manata çatdırılıb.

Belə ki, qurumun nizamnamə kapitalı 1 090 015 990 manat artırılıb.

Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.