17:16 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv şirkətlərin Rusiya mənşəli qaz və digər qazıntı yanacağı ilə bağlı yeni müqavilələr imzalamasına qadağa qoyacaq qanunun qəbul olunma imkanlarını qiymətləndirir.
ABC.AZ-ın Reuters-ə istinadla verdiyi məlumata görə, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi məlumat verib.
Bəzi üzv dövlətlər Aİ-nin Rusiya qazına qarşı tətbiq etmək istədiyi sanksiyaları bloklamağa çalışsa da, Komissiya bunun əvəzinə Avropanın Rusiya enerjisindən asılılığını tezliklə aradan qaldırmağa kömək edəcək digər vasitələri nəzərdən keçirir. Bu məqsədlə mayın 6-da təqdim olunacaq "yol xəritəsi"ndə müvafiq variantlar ətraflı şəkildə təqdim ediləcək.
Agentlik bildirir ki, yeni müqavilələrin qadağan olunması istiqamətində atıla biləcək addım Avropa şirkətlərinin Rusiyanın maye təbii qazını (MTQ) spot bazardan alma imkanlarını azaltmaq məqsədi daşıyır. Rusiyada MTQ-nin əsas istehsalçıları "Qazprom" və "NOVATEK" şirkətləridir.
Komissiya qeyd edib ki, Rusiyadan enerji resurslarının idxalına qoyulacaq istənilən məhdudiyyətlər Moskvaya Aİ-dən daha çox zərər verməli və Avropanın enerji təhlükəsizliyi, həmçinin yanacaq qiymətlərinə mümkün təsirlər nəzərə alınmalıdır.
13 May 2025
13 May 2025
13 May 2025
13 May 2025
12 May 2025
12 May 2025
12 May 2025