Sentyabrın 18-də gözlənilən hava haqqında məlumat

14:05 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Bakıda və Abşeronda sabah, sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yuxarı 765 mm civə, nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 18-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər