Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

11:25 - 24.04.2025


24 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a bildirilib ki, ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94,3 faizi (1510.1 milyon manat) heyvandarlıq sahəsinə, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinə aiddir.