Tramp 220 ən iri TRUMP token sahibləri üçün şam yeməyi təşkil edəcək

12:02 - 24.04.2025


24 aprel, Fineko/abc.az. Donald Tramp $TRUMP tokeninin 220 ən böyük sahibini xüsusi şam yeməyinə dəvət etməyi planlaşdırır. Şam yeməyi 2025-ci il mayın 22-də Vaşinqtonda yerləşən Trump National Golf Club-da keçiriləcək.

ABC.AZ xəbər verir ki, dəvətnamələr 23 aprel – 12 may tarixləri arasında ən yüksək orta balans göstərən 220 $TRUMP token sahibinə göndəriləcək. Əlavə olaraq, ən yüksək balansı olan 25 iştirakçıya VIP qəbul və xüsusi ekskursiyada iştirak imkanı veriləcək.

Tədbir FightFightFight LLC şirkəti tərəfindən təşkil olunur. Bildirilir ki, Tramp bu tədbirdə ianə toplamaq üçün deyil, qonaq kimi iştirak edəcək.

Tədbir elan edildikdən sonra $TRUMP tokeninin dəyəri 60%-dən çox artaraq gün ərzində maksimum $16,17 səviyyəsinə çatıb ki, bu da investor marağının yüksək olduğunu göstərir.