14:39 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Dünya Polad Assosiasiyasının (WorldSteel) məlumatına görə, mart ayında İran polad istehsalını 3,3 milyon metrik tona çatdıraraq (2024-cü ilə nisbətən +3,7%) dünya reytinqində üç pillə irəliləyib və 7-ci yeri tutub. Siyahıya Çin, Hindistan, Yaponiya, ABŞ, Rusiya və Cənubi Koreya başçılıq edir.
İranda rüblük istehsal həcmi 7,3 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% azdır. Mart ayında dünyada ümumi polad istehsalı 166,1 milyon ton olub (+2,9%), rüblük istehsal isə 468,6 milyon tonla (-0,4%) qeyd alınıb.
19 May 2025
19 May 2025
19 May 2025