16:26 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Yaponiya avtomobil nəhəngi Toyota, Şanxay şəhərində yeni elektromobil zavodunun tikintisi ilə bağlı razılaşma imzalayıb.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, bu zavodda Lexus premium brendi altında elektromobillər istehsal olunacaq.
Zavodun 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. İllik istehsal gücü 100 000 avtomobil, yaradılacaq yeni iş yerlərinin sayı isə təxminən 1 000 olacaq.
Toyota investisiyanın məbləğini açıqlamasa da, Yaponiya mediası bu rəqəmi təxminən 2 milyard dollar olaraq qiymətləndirir. Tikintiyə 2025-ci ilin iyun ayında start veriləcək.
Bloomberg qeyd edir ki, bu zavod Şanxayda Tesladan sonra ikinci elektromobil istehsal müəssisəsi olacaq və alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri istehsal edəcək.
12 May 2025
12 May 2025
12 May 2025