Taksi sürücüsü olmaq istəyənlər imtahan verdi

16:48 - 24.04.2025


24 aprel, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

DİM-dən ABC.AZ-a daxil olan məlumata görə, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1445 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1261 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.