17:04 - 24.04.2025
24 aprel, Fineko/abc.az. 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.
Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.
İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il – 8.77 min ton).
Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
20 May 2025
20 May 2025