Meta, Ray-Ban Meta ağıllı eynəklərinin imkanlarını genişləndirir

17:05 - 24.04.2025


24 aprel, Fineko/abc.az. Ray-Ban Meta eynəklərinə internet olmadan tərcümə funksiyası əlavə edilib (əvvəlcədən dil paketləri yüklənməklə), bu da xüsusilə səyahətlər üçün əlverişlidir. Yeni dizaynlarda sapfir linzalı boz çərçivə və yaşıl/şəffaf linzalı qara çərçivə variantları təqdim olunub.

ABC.AZ xəbər verir ki, eynəklərə həmçinin “canlı” süni intellekt funksiyası əlavə edilib — bu texnologiya istifadəçinin ətrafını analiz edir və real vaxtda faydalı məlumat verir (hələlik yalnız ABŞ və Kanadada aktivdir).

Tezliklə eynəklər vasitəsilə Instagram üzərindən mesaj göndərmək və qəbul etmək mümkün olacaq — bu imkan artıq WhatsApp və iOS/Android messencerlərində mövcuddur. Spotify, Shazam, Amazon Music və Apple Music kimi musiqi servisləri ilə dəstək isə bütün ölkələrdə əlçatan olacaq. Lakin süni intellektlə idarəetmə yalnız ingilis dili əsas dil kimi seçildikdə mümkün olacaq.

Meta-nın süni intellekti artıq Böyük Britaniya və Aİ ölkələrində aktivdir. Yaxın gələcəkdə isə Meksika, Hindistan və BƏƏ-də də satışa çıxarılacaq.