7 sığorta şirkətinin yığımları azalıb - Siyahı

14:15 - 25.04.2025


25 aprel, Fineko/abc.az. 2024-cü ilin ilk 3 ayı ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın 16 sığorta şirkətindən 7-nin sığorta haqları azalıb, 9-nun isə artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Meqa Sığorta ” şirkətidir (2 dəfə) və ən çox azalan isə “Azsığorta” şirkətidir ( -36%).

Sığortaçının adı Sığorta haqları, (2025-ci il yanvar-mart), min manat Sığorta haqları, (2024-cü il yanvar-mart), min manat İllik Fərq
A-Qroup Sığorta Şirkəti 4,385 4,988 -12%
AtaSığorta 2,488 2,594 -4%
Atəşgah Həyat Sığorta Şirkəti 27,625 22,638 22%
Atəşgah Sığorta Şirkəti 14,849 12,253 21%
Azərbaycan Sənaye Sığorta 8,640 6,713 29%
AzSığorta 1,910 3,000 -36%
İpək Yolu Sığorta 482 529 -9%
Meqa Sığorta 7,529 9,547 -21%
Paşa Həyat Sığorta 161,832 143,591 13%
Paşa Sığorta 114,882 115,946 -1%
Qala Həyat Sığorta Şirkəti 6,536 5,190 26%
Qala Sığorta 25,181 27,781 -9%
Xalq Həyat Sığorta Şirkəti 2,549 2,538 0%
Xalq Sığorta 7,647 5,720 34%
Aqrar Sığorta 8,817 7,346 20%
Meqa Həyat Sığorta 3,731 1,962 90%