Ağdamın 5-ci massivində 10 milyonluq tikinti işləri aparılacaq

16:38 - 25.04.2025


25 aprel, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-129 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət isə 9 696 944 manatdır.