Tsivilev: Rusiya qazının Azərbaycan üzərindən İrana tədarükü 2025-ci ildə başlayacaq

17:17 - 25.04.2025


25 aprel, Fineko/abc.az. 2025-ci ildə Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan üzərindən İrana tədarükünə başlanılacaq – illik həcm 1,8 milyard kubmetrədək olacaq.

Rusiya energetika naziri Sergey Tsivilevin sözlərinə görə, layihənin ilk mərhələsi artıq bu il həyata keçiriləcək. Hazırda şirkətlər qiymətlərlə bağlı danışıqlar aparır.

İranın neft naziri Mohsen Paknejad isə bildirib ki, razılaşma hələ yekunlaşdırılmayıb, lakin mümkün qədər tez razılığa gəlmək üçün səylər davam edir.