18:26 - 25.04.2025
25 aprel, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində “Əbədi bağ” adlandırılan Laheq kurortu adlı genişmiqyaslı turizm layihəsinə start verir.
ABC.AZ xəbər verir ki, bu kurort ölkənin qərb hissəsində yerləşən və eyni adlı 90 adadan ibarət arxipelaqda inşa olunacaq.
400 hektar ərazini əhatə edəcək Laheq kurortu, diametri 800 metr olan, su üzərində yerləşən dairəvi süni konstruksiya ətrafında formalaşacaq. Burada dəbdəbəli apartamentlər, mehmanxanalar, ticarət və əyləncə mərkəzləri, qolf sahələri, həmçinin 115 yerlik yaxta limanı olacaq.
Layihənin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.
19 May 2025
19 May 2025
19 May 2025