Çində ilk dəfə Ay peykinə qədər məsafə lazerlə ölçüldü

18:29 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Çin alimləri Ay orbitində yerləşən DRO-A peykinə qədər məsafəni ilk dəfə lazer texnologiyası ilə ölçüblər.

ABC.AZ xəbər verir ki, bu təcrübə Yunnan və Şanxay rəsədxanalarının, eləcə də Çin Elmlər Akademiyasının Kosmik Tətbiqlər Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Ölçmələr zamanı Yunnan əyalətində yerləşən 1,2 metrlik teleskopdan istifadə olunub.

Yer səthindən 350 min km məsafədə yerləşən peyk lazer siqnalını əks etdirib.

Ölçmə üçün yaxın infraqırmızı diapazonda işləyən təkmilləşdirilmiş lazer məsafəölçmə sistemi istifadə edilib.
Bu eksperiment uzaq orbitlərin öyrənilməsi proqramının bir hissəsidir və Çin üçün mürəkkəb planetlərarası layihələrə, o cümlədən gələcək Ay missiyalarına hazırlıqda mühüm addım sayılır.