Neft bahalaşır, Brent barel başına 67,14 ABŞ dolları təşkil edir

09:25 - 28.04.2025


28 aprel, Fineko/abc.az. Bazar ertəsi gününə olan ticarətdə etalon markaların qiymətləri artıb.

ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersi saat 09:20-yə olan vəziyyətə görə 0,27 ABŞ dolları (0,40%) artaraq 67,14 ABŞ dolları bir barelə yüksəlib. 25 aprel ticarətlərinin nəticələrinə əsasən Brent markalı neftin iyun fyuçersinin qiyməti 0,32 ABŞ dolları (0,48%) artaraq 66,87 ABŞ dolları bir barelə çatıb.

NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersinin qiyməti saat 09:20-yə olan vəziyyətə görə 0,30 ABŞ dolları (0,48%) artaraq 63,32 ABŞ dolları bir barelə yüksəlib. 25 aprel ticarətlərinin nəticələrinə əsasən WTI markalı neftin iyun fyuçersinin qiyməti 0,23 ABŞ dolları (0,37%) artaraq 63,02 ABŞ dolları bir barelə yüksəlib.

Keçən həftə Brent markalı neftin qiyməti 1,60%, WTI markalı neftin qiyməti isə 1,55% ucuzlaşıb.