16:25 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Mayın 1-3-də Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Atyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ABC.AZ-a bildirilib ki, mayın 3-də axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025