12:21 - 1.05.2025
1 may, Fineko/abc.az. Cari ilin ilk üç ayı ərzində Azərbaycanda 529 kq nərə balığı kürüsü istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kq çoxdur. Belə ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 103.1 kq nərə balığının kürüsü istehsal edilib.
Qeyd olunur ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 167.2 min ABŞ dolları dəyərində 160 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1777 manat təşkil edib.
Cari ilin 2 ayında Azərbaycana Çindən 343.32 min ABŞ dolları dəyərində 1140 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 512 manat təşkil edib. (APA)
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025