11:20 - 2.05.2025
2 may, Fineko/abc.az. 100 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Qaradağ rayon Məhkəməsi tərəfindən təsdiq edilib.
ABC.AZ xəbər verir ki, şirkət vəsaiti 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, alınan mallar (xidmət) ölkəyə idxal edilməyib, valyuta vəsaitini geri qaytarmayıb.
Xəta 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilib.
Məhkəmənin qərarı ilə şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olan valyuta vəsaiti məbləğinin 25%-i, yəni 25000 ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 42500 manat məbləğində inzibati cərimə edilib.
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025