Azərbaycana xaricdən gətirilən qouyunun qiyməti 21 manat bahalaşıb

10:25 - 5.05.2025


5 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 521 min 450 ABŞ dolları dəyərində 4 min 915 baş diri qoyun idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 505 min 510 dollar və ya 32,7 dəfə, miqdar baxımından isə 4 min 745 ədəd və ya 28,9 dəfə çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında 15 min 940 dollar dəyərində 170 ədəd qoyun gətirlib.

1 ədəd qoyunun orta ixal qiyməti 2025-ci ilin 2 ayına görə 106 dollar (180 manat) olub ki, bu illik müqayisədə 12 dollar (21 manat) və ya 13% bahalaşma deməkdir. Ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 94 dollar (159 manat) təşkil edib.