14:41 - 5.05.2025
5 may, Fineko/abc.az. 2025-ci ilin ilk rübündə ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində dəyişiklik olub.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə Fondun “Apple Inc”yə yatırımları ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 89 mln. dollar azalaraq 556 mln. dollara enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 5,5%-dən 4,9%-ə kimi enib.
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlamışdı. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri ötən il hətta 557 milyon dollara qədər yüksəlmişdi. “NVIDIA-ya yatırımlar son 3 ayda isə 113 milyon dollar azalaraq 444 milyon dollara, portfeldə çəkisi isə 4,7%-dən 3,9%-ə enib. Bununla belə, çip bazarının əsas oyunçusu siyahıda yerini qoruyub.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025