14:53 - 5.05.2025
5 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Microsoft”a yatırımlarının dəyəri ötən ilin III rübündən azalmaqda davam edir.
Belə ki, səhmlərin dəyəri 504 mln. dollardan 441 milyon dollara kimi azalıb, səhm portfelində payı isə 4,3%-dən 3,9%-ə enib.
ABC.AZ xəbər verir ki, ARDNF-nin “Amazon”a yatırımları isə ötən ilin sonunda 351 milyon dollara qədər artsa da, bu ilin ilk rübündə 300 milyon dollara enib.
Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 3%-dən 2,6%-ə düşüb.
Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin son rübü ilə müqayisədə 217 mln. dollardan 209 mln. dollara enib, portfeldə çəkisi isə dəyişməyərək 1,8% təşkil edib.
13 İyun 2025
13 İyun 2025