15:11 - 5.05.2025
5 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 mln. dollardan 150 mln. dollara və 163 mln. dollardan 130 mln. dollara enib.
ABC.AZ xəbər verir ki, “Tesla”ya yatırımlarda isə daha kəskin azalma olub. ARDNF-in “Tesla”dakı hissələri 197 mln. dollardan 124 mln. dollara, səhm portfelində çəkisini isə 1,7%-dən 1,1%-ə enib. Başqa sözlə, 3 ayda 73 mln. dollar azalma olub.
“Broadcom İnc”yə aid portfel isə 174 mln. dollardan 124 mln. dollara enib.
Ötən ilin sonunda “Berkshire Hathaway Inc” ən investiya edilən şirkətlərin TOP-10-luğuna düşə bilib. Fondun maliyyə nəhənginə investisiyaları 118 mln. dollara, portfeldə çəkisi isə 1%-ə bərabər olub.
Ümumilikdə, müşahidələr göstərir ki, səhm portfeli üzrə ən çox yatırım edilən TOP-10 şirkətə yatırımların azalması daha çox ilin əvvəlindən etibarən kapital bazarlarında baş verən enişlə bağlıdır.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025