Bu platformanın Azərbaycandakı bazar payı kəskin artıb

17:29 - 5.05.2025


5 may, Fineko/abc.az. "Facebook"un Azərbaycandakı bazar payı kəskin artıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir.

Məlumata görə sosial şəbəkənin Azərbaycanda cari ilin aprel ayı üzrə payı 45% təşkil edib.

Bu da ay ərzində 22,91 faiz, il ərzində 23,85 faiz bəndi çoxdur.

Bu ilin mart ayında "Facebook"un Azərbaycandakı payı 22,09%, ötən ilin müvafiq dövründə 21,15% olub.