17:43 - 5.05.2025
5 may, Fineko/abc.az. ABŞ-ın Square Roots şirkəti CRISP texnologiyası vasitəsilə enerjini işıqdan deyil, sirkə turşusunun duz və efirləri olan asetatlardan alan bitkilərin yetişdirilməsi imkanını araşdırır.
ABC.AZ xəbər verir ki, bu texnologiya uğurlu olarsa, istixana kənd təsərrüfatında köklü dəyişikliklərə səbəb ola bilər. Hazırda süni işıqlandırma əsas xərc mənbələrindən biridir. İşıqlandırmadan imtina xüsusilə enerji daşıyıcılarının bahalı və ya elektrik şəbəkələrinin qeyri-sabit olduğu bölgələr üçün maraqlıdır.
“İlin bütün fəsillərində, istənilən məkanda, xarici iqlimdən asılı olmayaraq təzə və qidalı məhsul yetişdirmək cəlbedicidir”, – deyə Square Roots-un baş direktoru Tobias Peggs bildirib.
Təcrübələr krесс-salat və pomidor üzərində aparılıb, bu bitkilər daha çox meyvə və daha az gövdə verməsi üçün modifikasiya olunub. Gələcəkdə şirkət şirin kartof və maniok yetişdirməyi planlaşdırır.
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025