Birinci mərhələdə 140 min keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura qayıdacaq

11:27 - 6.05.2025


6 may, Fineko/abc.az. 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən ABC.AZ-a verilən xəbərə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bugünədək Xocalı şəhərinə  341 nəfərdən ibarət 85 ailə, Xocalının  Ballıca kəndinə isə 172 ailə-  yəni 811 nəfər köç edib.

Ümumilikdə  Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya  deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə - 238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət  20 ailə  köçürülüb.

Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır.