Bu ölkənin parlamentinə uşaqlar üçün sosial şəbəkələrin qadağan olunması ilə bağlı qanun layihəsi təqdim edilib

11:33 - 6.05.2025


6 may, Fineko/abc.az. Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin baş naziri Kristofer Lakson məlumat verib.

Parlamentə təqdim olunan sənədlərə əsasən, sosial şəbəkə istifadəçilərinin yaşına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsi uşaqları və yeniyetmələri zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıq yaranmasından qorumağa xidmət edir. Layihəyə görə, istifadəçilərin yaşını yoxlamaq və bu məsələni nəzarətdə saxlamaq məsuliyyəti sosial platformaların administrasiyasının üzərinə düşəcək. Bu öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi cərimə və məhkəmə məsuliyyəti ilə nəticələnəcək.
Əgər qanun parlament tərəfindən qəbul olunarsa, onun icrasına nəzarət müvafiq nazirliklərdən birinə həvalə ediləcək. Üç il sonra həmin nazirlik qanunun effektivliyi ilə bağlı yoxlama aparmalıdır.