12:11 - 6.05.2025
6 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 28 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 29-na qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 54 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 29-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025