14:10 - 6.05.2025
6 may, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi 2025-cü il üçün barama istehsalı mövsümünə start verib.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumu paylanılıb.
Tədbirdə bildirilib ki, baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri sayılır, bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi nazirlik qarşısında prioritet vəzifələrdən biri kimi müəyyən edilib: “Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq nazirlik respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025