15:32 - 6.05.2025
6 may, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ölkədə dərman istehsalını dəstəkləmək məqsədilə fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, sənəd yeni müəssisələrin təsdiqlənmə müddətini azaldır və tənzimləmə prosedurlarını sadələşdirir.
Yaxın həftələrdə ABŞ xarici dərmanlara idxal rüsumu tətbiq etməyi planlaşdırır. Bu qərar Avropa, Hindistan və Çin şirkətlərinə təsir göstərə bilər.
Cavab olaraq Johnson & Johnson və Novartis kimi böyük farmakoloji şirkətlər ABŞ-da investisiyaların artırılacağını açıqlayıblar.
17 İyun 2025
17 İyun 2025
17 İyun 2025