17:23 - 6.05.2025
6 may, Fineko/abc.az. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Grand Fortune” MMC ilə müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Xankəndi şəhərində yerləşən 5 ədəd 5 mərtəbəli yaşayış binasının cari təmiri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 5 543 235 AZN təşkil edir.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025