09:56 - 7.05.2025
7 may, Fineko/abc.az. Pakistan, Hindistanın 7 maya keçən gecə Pakistanın nəzarətində olan Kəşmir ərazisində başladığı "Sındur" adlı hərbi əməliyyat fonunda ölkənin əsas hava limanlarının fəaliyyətini 48 saatlıq dayandırıb.
ABC.AZ xəbər verir ki, bu müddət ərzində İslamabad beynəlxalq hava limanı da daxil olmaqla bir sıra hava limanlarının fəaliyyəti dayandırılıb, İslam Respublikasının hava məkanı tamamilə bağlanıb.
Eyni zamanda, Pakistan hakimiyyəti baş nazir Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını keçirir. Qeyd olunur ki, Şərif Hindistanın zərbələrini "müharibə aktı" adlandıraraq qınayıb.
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
21 İyun 2025
18 İyun 2025
19 İyun 2025