Ceyhun Bayramov İraq Respublikasına səfər edib

10:00 - 7.05.2025


7 may, Fineko/abc.az. 7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır. (APA)