11:41 - 7.05.2025
7 may, Fineko/abc.az. Bu il və qarşıdakı onillikdə Türkiyənin turizm sektorunda güclü artım gözlənilir: səyahət xərclərinin artacağı və sahənin ölkə ÜDM-nə əhəmiyyətli töhfə verəcəyi proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə proqnozu Dünya Səyahət və Turizm Şurası (WTTC) təqdim edib.
WTTC-nin hesablamalarına görə, 2035-ci ilə qədər Türkiyənin turizm sektorunun iqtisadiyyata töhfəsi ₺7 trilyon, yəni ÜDM-in təxminən 13%-i səviyyəsində olacaq. Artıq 2025-ci ildə bu rəqəmin ₺5,2 trilyona çatacağı və ÜDM-in 12%-ni təşkil edəcəyi gözlənilir.
2024-cü ildə xarici turistlərin xərcləri azalsa da, ümumi turizm gəlirləri 8,3% artaraq ₺2,19 trilyona çatıb. Turistlərin sayı isə 6,95% artım göstərib.
13 İyun 2025
13 İyun 2025
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025