"Al Market"lər buna görə bağlanır

14:19 - 7.05.2025


7 may, Fineko/abc.az. Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

Bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir: “Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan “AL Market”, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir”. (Oxu.Az)