Çin inkişaf etməkdə olan ölkələrin ən böyük kreditoruna çevrilib

14:39 - 7.05.2025


7 may, Fineko/abc.az. Son onillikdə Çin inkişaf etməkdə olan ölkələrin ən böyük beynəlxalq kreditoruna çevrilib və Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və Paris Klubunun üzvü olan 22 ölkəni geridə qoyub.

ABC.AZ xəbər verir ki, 2021-ci ildə Çinin xarici kreditlərinin həcmi 1 trilyon dolları ötüb.

Northwestern Universitetindən tədqiqatçı Çjənlyan Tszyanın apardığı araşdırma göstərir ki, bu tendensiya ABŞ-ın monetar siyasətinin inkişaf etməkdə olan bazarlara təsirini zəiflədir və ABŞ-ın qlobal maliyyə vasitəçisi kimi rolunu azaldır.

Çinin ən iri borcalanı Rusiya olub — 2000–2021-ci illərdə bu ölkəyə 169 milyard dollar kredit verilib. Daha sonra siyahıda Venesuela (113 milyard dollar), Pakistan (70 milyard), Anqola (65 milyard) və Qazaxıstan (64 milyard) yer alır.