12 milyon manat nizamnamə kapitalı ilə yeni aqropark yaradılıb

16:33 - 7.05.2025


7 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İvanovka Aqropark” ASC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, ASC-nin nizamnamə kapitalı 12 233 650 manatdır.

Yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində yaradılıb.

Xatırladaq ki, Nikitin adına Kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək “İvanovka Aqropark” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan etmişdir.