Meksika ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını sürətlə artırır

16:45 - 7.05.2025


7 may, Fineko/abc.az. ABŞ-dan Meksikaya ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü son dörd ildə 65% artıb. 

ABC.AZ xəbər verir ki, bunlar CoBank hesabatının məlumatlarıdır.

Meksika iqtisadiyyatı COVID-19-dan sonra sürətlə inkişaf edir. ABŞ istehsalçıları ət, quş əti, süd məhsulları, yarımfabrikatlar və taxıla artan tələbatı ödəməyə çalışırlar.

2024-cü ildə ABŞ-dan Meksikaya ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü 31,4 milyard dollara yüksəldi və 32,4 milyard dollar göstəricisi olan ABŞ məhsullarının ən böyük alıcısı Kanadadan bir qədər geri qaldı.